Səyahət edənlərə şad xəbər!  

«Duty Free» mağazalarında 10% endirimlə onlayn alış-veriş imkanı

Qlobal bazarda uğurla irəliləyən “MyDutyFree” layihəsi artıq Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından səyahət edən alış-veriş həvəskarları üçün də əlçatandır. Yanvar ayından etibarən Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından səyahət edən alış-veriş həvəskarları MyDutyFree xidmətlərindən istifadə edə biləcəklər. Səyahətçilər üçün 10% endirim imkanı yaradan «MyDutyFree» onlara «Duty Free» mağazalarından onlayn şəkildə axtardıqları məhsulları daha ucuz qiymətə əldə etmək imkanı verir.

Sistem Necə İşləyir?

Səyahət edən şəxs MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini (Android), (iOS) yükləyərək istədiyi məhsulu sifariş verir və aeroportlarda yerləşən «təslimat nöqtələrindən” sifariş verdiyi məhsulu təslim alır.

Platformadan məhsulu sifariş verdikdən sonra MyDutyFree tərəfindən məhsul paketlənərək təslimat nöqtəsində saxlanılır. Müştəri isə səyahət edəcəyi hava limanındakı MyDutyFree nöqtəsinə yaxınlaşaraq hazır məhsulunu satın alır, sıra gözləmək və digər cansıxıcı prosedurlardan azad olur, duty-free üstünlüklərindən (orjinal məhsullar, yüksək keyfiyyətli və brend məhsulların ən ucuz qiymətləri və s.) yararlanır. Bu zaman isə səyahət edən şəxs, MyDutyFree-dən sifariş verdiyi təqdirdə 10% endirimlə alışverişini tamamlamış olur. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.

MyDutyFree — web saytında və ya mobil tətbiqetməsində daimi yenilənən məhsul və qiymət kataloqundan rahatlıqla seçim etmək mümkündür. Və son olaraq səyahət edən şəxslər üçün, „paylaşılmış alışveriş səbəti” funksiyası da mövcud olan MyDutyFree, dostlarının sifariş etdikləri məhsulları səyahət edən şəxsin təhvil ala bilməsi üçün onun hesabına icazənin verilməsini də təmin edir.

MyDutyFree qlobal bir layihədir və sürətlə müxtəlif ölkələrin bazarlarına daxil olur. MyDutyFree-nin əsas məqsədi otel və aviabilet bron etmək kimi, səyahətçilərə əsas duty-free məntəqələrindən alışveriş etmək üçün əlverişli bir vasitə rolunu oynamaqdır. Bununla da MyDutyFree bütün səyahət prosedurlarını onlayn olaraq həll edən turistlərə duty-free mağazalardan alışveriş etmək üçün innovativ bir həll üsulu təklif edir.

Həyat sığortası nədir? Niyə gərəklidir?

Sığorta  – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Əlimizdə olan bütün dəyərli şeyləri: maşınımızı, evimizi, şirkətimizi və s. sığortalaya bilirik. Bəs ən dəyərli olan həyatımızı necə? Continue reading “Həyat sığortası nədir? Niyə gərəklidir?”

Məktəblilər üçün oxu! 

Facebookda gəzərkən qarşıma çıxdı. Bu adı çox eşitmişik, eləmi?

“…. üçün oxu”. Azərbaycanda bu trendi MD Gənclər Hərəkatı başlatmışdı – “Birlik üçün oxu”. Yadddan çıxan, gözəl mahnıları çox maraqlı formada yenidən canlandırdılar.
Daha sonra başqa bir layihə gəldi. “Qarabağ üçün oxu”. Bu da eynilə digər layihədəki kimi mahnıların maraqlı tərzdə oxunmasından ibarət idi. Continue reading “Məktəblilər üçün oxu! “